Baş məşqçi vəzifəsinə namizədlər təqdim olunub AFFA

28 Yanvar 2020 16:18 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin sayı açıqlanıb. SİA-nın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 28-də təşkil olunan mətbuat konfransında qeyd edib ki, İcraiyyə Komitəsinin iclasına 32 namizəd təqdim olunub. Komitənin üzvləri namizədlər barədə fikirlərini bildiriblər. AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin hər bir üzvünə növbəti konfransadək fikirlərini təqdim etməyi tapşırıb.

Növbəti konfransın 15 gün sonra keçiriləcəyini deyən E.Məmmədov konfransdan sonra namizədlərin qısa siyahısının müəyyənləşəcəyini vurğulayıb.