Türkiyə ərazisində zəlzələ

28 Yanvar 2020 16:11 (UTC+04:00)

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 4,8 bal gücündə zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin sayıtında yer alan məlumata görə, zəlzələ yerli vaxtla saat 14:26 radələrində, yerin 7 klometr dəriniyində baş verib.

Qeyd edək ki, ölən və yaralananlar barədə məlumat verilməyib.