“Adil Babayev – 95” adlı kitab sərgisi açılıb

28 Yanvar 2020 16:02 (UTC+04:00)

Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Qafar oğlu Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu və haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.