Çimnaz efirlərdən getdi

28 Yanvar 2020 17:15 (UTC+04:00)

Aktrisa Çimnaz Sultanova yaradıcılığına fasilə verəcək. SİA-nın məlumatına görə, bu haqda aktrisanın özü xəbər verib: "Məzuniyyətə çıxıram. Efirlərə, verilişlərə, tədbirlərə, toylara, məşqlərə, çəkilişlərə və "İnstagram"a stop. Darıxmayın, inciməyin, küsməyin... Həyatımda ciddi dəyişikliklər baş verir. Fasiləyə ehtiyacım var. Ümid edirəm ki, məni başa düşərsiniz. Sizləri səmimi qəlbdən sevirəm, sevgimiz qarşılıqlıdır".