"The Simpsons"un kəhanətləri gündəmdə

28 Yanvar 2020 14:13 (UTC+04:00)

Əfsanəvi basketbolçu Kobi Brayantın ölüm xəbəri hələ də dünya gündəmindədir. Onun ölümündən sonra bir çox iddialar irəli sürülüb. Lakin bəzi iddialar var ki, gözardı etmək mümkün deyil. Həmin iddialardan ən diqqət çəkəni isə Kobi Brayantın öləcəyinin əvvəlcədən məlum olmasıdır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ istehsalı "The Simpsons" adlı cizgi filminin illər öncə yayımlanan bir bölümündə Kobi Brayantın ölüm səhnəsi göstərilib.
Məşhur basketbolçunun ölümündən sonra sözügedən səhnə sosial şəbəkədə böyük marağa səbəb olub. "The Simpsons" cizgi filmindəki kəhanətlərin hər zaman gerçəkləşməsi insanları şoka salıb.
Xatırladaq ki, ABŞ-da baş verən 11 sentyabr terror hücumları və ebola virusu kimi böyük fəlakətlərin olması barədə cizgi filmində öncədən bəzi səhnələr yayımlanmışdı.

Mirqəmər Mənsimova