“Seçicilərimin sosial sifarişlərini yerinə yetirilməsinə köməkliyimi əsirgəməyəcəyəm” – AĞALAR VƏLİYEV + FOTOLAR

28 Yanvar 2020 13:58 (UTC+04:00)

97 saylı Goranboy –Ağdam- Tərtər seçki Dairəsindən Yeni Azərbaycan Partiyasnın namizədi - Ağalar Vəliyevin təbliğat təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də rayonun Nərimanlı, Balakürd, Boluslu, Goran, Məşədiqaralar və Eyvazlılar kəndlərində görüşləri keçirilib.

Nərimanlı və Balakürd kənd seçicilərinin iştirakı ilə keçirilən görüşü YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq, Yeni Azərbaycan Partiyasının seçkilərə “Daha güclü Azərbaycan naminə” getdiyini bildirib. Elçin İsmayılov qeyd edib ki, Azərbaycanın bu günü inkişafının təməli Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. O, qeyd edib ki, hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir. “Ona görə də, uğurların davamlı olması üçun seçiciləri Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıram. İnanıram ki, siz seçicilər gələcəyin partiyası olan YAP-ın namizədinə səs verəcəksiz”, deyə o bildirib.

Təbliğat qrupunun üzvü Nofəl Köçərli Ağalar Vəliyevin fəaliyyəti barədə ətraflı məlumat verərək, bildirib ki, 2015 - 2019-cu il ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub. “Əminəm ki, 9 fevralda YAP-ın namizədi Ağalar Vəliyev səs verməklə yenidən Milli Məclisin üzvü kimi fəaliyyət göstərəcəkdir”, deyə vurğulanıb.

Qərargah üzvü Vilayət Yusifov, kənd ağsaqqalı Zakir Məmmədov, Zirəddin Məmmədov, Qarabağ əlili Telman Quluyev, Balakürd kənd ziyalısı Xalis Orucov çıxışlarında ikinci dəfə Ağalar Vəliyevə etimad göstərərək 97 saylı Goranboy - Ağdam- Tərtər seçki Dairəsindən Milli məclisə namizəd göstərdikləri üçün Yeni Azərbaycan Partiyasına öz minətdarlıqlarını bildirdilər və 9 fevralda YAP-ın namizədi Ağalar Vəliyevə səs verəcəklərini bildirdilər.

Görüşdlərdə qərargah üzvləri Namik Məmmədov, Boluslu kənd bələdiyyəsinin sədri Manya Allahverdiyeva, şəhid ailəsi Müşviq Məmmədov da çıxış edərək, YAP-ın namizədinə səs veriblər.

Ağalar Vəliyevin seçicilər qarşısında çıxışında 5 ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib və qeyd edib ki, ona yenidən etimad göstərilərsə, həmişə sadiq olduğu, çox danışmaq və əsassız vədlər vermək yox real işlər görmək prinsiplərinə əsaslanacaq. “97 saylı Goranboy Ağdam Tərtər seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin sosial iqtisadi problemlərinin həllinə və seçicilərimin sosial sifarişlərini yerinə yetirilməsinə öz köməkliyimi əsirgəməyəcəyəm”, deyə namizəd vurğulayıb.

Rövşən RƏSULOV