Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət BŞBPİ

28 Yanvar 2020 13:40 (UTC+04:00)

Bloger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır. Bu barədə SİA-ya Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xidmət rəisi deyib: "O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".