Koronovirus təhlükəsi... FOTOLAR

28 Yanvar 2020 13:29 (UTC+04:00)

Çinin Vuhana və karantin altına alınan digər şəhərlərə gedən yolları beton bloklarla bağlanıb.

Dünyanı kəskin qorxu içincə saxlayan koronovirus epidemiyası ilə mübarizə bu virusun kökü olduğu Çində müxtəlif addımların atılması ilə müşahidə olunmaqdadır. Hətta məlum olub ki, hərəkətə gətirilən ordu hissələri epidemiyanın episentri olan Vuhan şəhərində şəhəri mühasirədə saxlayır, giriş-çıxışı isə tam dayandırıb. Sosial şəbəkələrdə yayılan iddialara görə əsgərlər şəhəri tərk etməyə çalışanlara atəş açırlar. Habelə Vuhan şəhəri ətrafındakı meşələr pilotsuz təyyarələrlə izlənir. Xəbərlərə görə, ölənləri basdırmaq üçün kütləvi məzarlar qazılır, Vuhana və karantin altına alınan digər şəhərlərə gedən yollar beton bloklarla bağlanıb.

SİA xəbər verir ki, Çin hakimiyyətinin yaydığı rəsmi məlumatlara görə koronovirusdan ölənlərin sayı 100-ü keçib, minlərlə yoluxan var. Lakin ölənlərin və yoluxanların sayının daha çox olduğu haqda iddialar yer alır. Bəzi məlumatlara görə təkcə Vuhan şəhərində 2744 nəfər virusdan ölüb və bu rəqəm durmadan artır.

Epidemiyadan qorxuya düşən ölkələr bir-birinin ardınca Çinlə gediş-gəlişi, aviareysləri məhdudlaşdırır. Artıq Rusiya Çin vətəndaşlarının ölkəyə girişini dayandırdığını elan edib. Turoperatorlar Çindən turistlərin cəlb edilməsini dayandırıb, çinlilərin Rusiyaya qrup halında bütün səfərlərinə qadağa qoyulub. Habelə Birləşmiş Ştatlar Çindən öz vətəndaşlarının evakuasiyası üçün tədbirlər görür.

Qeyd edək ki, Azərbaycan da Çinlə sıx iqtisadi-ticarət əlaqələrinə malik ölkədir və xəbər verildiyi kimi bu ölkədə yüzlərlə azərbaycanlı tələbə də təhsil alır. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən isə, BBC News Azərbaycancaya bildirilib ki, Vuhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır. “Çin hökuməti hələ heç kimin Vuhan şəhərindən çıxışına icazə vermir”, deyə bildirilir.

"Bir çox şəhər karantindədir. Böyük şəhərlərdə ticarət mərkəzləri qapanıb, bəzi universitetlərə, bazarlara, ictimai yerlərə giriş qadağan olunub. Bəzi şəhərlərdə hətta vağzallar da bağlıdır, təkcə hava limanları fəaliyyət göstərir. Amma deyirlər, onlar da bağlana bilər," deyə bildirilir.

Xatırladaq ki, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbənin olduğunu açıqlayıb. Nazir Çində dövlət xətti ilə 62 tələbənin təhsil aldığını, koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbənin olduğunu bildirmişdi.

Qeyd edək ki, virusun yayılması ilə bağlı siyasi iddialar da mövcuddur. Misal üçün, Rysiyanın deputatı, RLDP-nin lideri Vladimir Jirinovski iddia etmişdi ki, epidemiya ABŞ-ın Çin iqtisadiyyatına vurduğu gizli zərbədir və bu vasitə ilə Çinmin dünyada artan iqtisadi gücünün qarşısının alınmasına yönəlib. O cümlədən, virusun qarşısının alınması üçün bir sıra nüfuzlu dərman korporasiyaları öz bizneslərini həmin məsələ üzərində böyütməyə çalışırlar. Ümumiyyətlə, koronovirus təhlükəsinin mövcudluğu artıq dünya üçün ciddi siqnal olaraq verilməkdədir.

Rövşən NURƏDDİNOĞLU