ÜST-dən koronavirus açıqlaması: Səhv etdik

28 Yanvar 2020 13:09 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan koronavirusun törətdiyi ölümcül xəstəliyin beynəlxalq riskinin qiymətləndirilməsində "səhv" etdiklərini açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ÜST rəsmiləri əvvəlki hesabatlarda səhv etdiklərini və sözügedən ölümcül xəstəliyin ciddiliyinin beynəlxalq miqyasda nəzərdə tutulandan daha yüksək olduğunu bildiriblər.
ÜST nümayəndəsi deyib ki, burada söhbət sözün ifadəsində səhvdən gedir və biz onu düzəltdik. Çində infeksiyaya yoluxma riski çox yüksək, regional səviyyədə yüksək, beynəlxalq səviyyədə isə orta dərəcədədir.
Xatırladaq ki, təşkilat keçən həftə verdiyi açıqlamada ölümcül epidemiyanın qlobal təhlükəyə çevrilmə riskinin "kiçik ehtimal" olduğunu söyləmişdi.

Mirqəmər Mənsimova