Braziliyada torpaq sürüşmələrində ölənlərin sayı 54 nəfərə çatıb

28 Yanvar 2020 13:14 (UTC+04:00)

Braziliyanın cənub-şərqində həddindən artıq yağışların yağması, sel və torpaq sürüşmələrində ölənlərin sayı 54 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər bildirib ki, Minas Geraisdə 15 min, Espirito Santoda 10 min və Rio de-Janeyroda 6 min insanın təhlükəsiz yerlərə təxliyə edilib.

Qeyd edək ki, təxminən 6 milyon insanın təxliyə edildiyi Belo Horizonteni bölgəsinə də yağışların təsir edəcəyi barədə xəbərdarlıq edilib, eləcə də, Minas Gerais bölgəsində fövqəladə vəziyyət elan edilib.