Mixail Qusman: "İslahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var"

28 Yanvar 2020 12:31 (UTC+04:00)

“Azərbaycanda parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar təqdirəlayiqdir”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Prezident İlham Əliyevin islahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var”, - deyən M.Qusman çoxlu sayda gənc namizədin seçkilərə qatılmasını müsbət qiymətləndirib.