Xatun üç fərqli geyimdə ÖZƏL-FOTOLAR

28 Yanvar 2020 13:30 (UTC+04:00)

Müğənni Xatun yeniliklərə imza atır. SİA-ya bu haqda ifaçının prodüseri Pənah açıqlama verib: "Xatun yaradıcılığında yenilik edəcək. Belə ki, reper Okanla yenidən duet oxuyub. Həmin duetə klip çəkdirir. Ekran işini gənc rejissor lentə alır. Çəkilişlər gedir. Klipin hansı mahnıya çəkildiyini açıqlamayacam.

Bundan başqa Xatun yeni fotosessiya da etdirir. Şəkillərin bir qismi itlərlə, digərləri isə studiyada lentə alınır. Həmin şəkillərin bir neçəsini artıq ifaçı sosial media hesabında yayımlayıb. Tezliklə sözügedən fotosessiya bütövlükdə tamaşaçılara təqdim olunacaq".