Şahmatçılarımız turu qələbə ilə başa vurublar

28 Yanvar 2020 12:16 (UTC+04:00)

Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.

SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.

Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb.

"Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.