Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib

28 Yanvar 2020 11:14 (UTC+04:00)

Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib. SİA-nın məlumatına görə, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırki rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.