Tramp bu gün sülh planını açıqlayacaq

28 Yanvar 2020 09:39 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bu gün “Əsrin sazişi” adı ilə tanınan Yaxın Şərqdə sülh planını açıqlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp ötən günkü açıqlamasında “Əsrin sazişi"nin məhz bu gün açıqlanacağını bildirib. O özü etiraf edib ki, fələstinlilər onun bu planının əleyhinə olsalar da sonda onu qəbul edəcəklər.

Ağ Evdə Benyamin Netanyahu ilə görüşən Tramp əlavə edib ki, ərəb ölkələrinin bəziləri bunu qəbul edib və onu mühüm plan hesab ediblər. Əsrin sazişinin detalları açıqlanmır. Məlumata görə onun bəndlərindən biri də Fələstinin İordan vadisinin İsrail ərazisi kimi tanınmasıdır.