“Alagöz” filminin çəkilişlərinə başlanılacaq

28 Yanvar 2020 11:30 (UTC+04:00)

Azərbaycanlı rejissor Mariya İbrahimovanın “Alagöz” filminin çəkilişlərinə başlanılacaq. SİA-nın məlumatına görə, ekran əsəri Azərbaycan və Türkiyənin birgə layihəsi əsasında çəkiləcək.

Filmin ekranlaşdırılmasına beynəlxalq çəkiliş qrupu cəlb ediləcək və çəkilişlər 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq.

Qeyd edək ki, ekran əsəri yazıçı Meyxoş Abdullayevin eyniadlı hekayəsi əsasında çəkiləcək. Hekayə 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülüb.