Koronavirusa yoluxanların sayı 4515 nəfərə çatdı

28 Yanvar 2020 07:54 (UTC+04:00)

Yeni koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb və artıq 106 nəfər ölüb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Agentliyin məlumatına görə, xəstələr arasında 976 nəfərin vəziyyəti ağırdır. Eyni zamanda, 60 nəfər xəstəxanadan buraxılıb.

Yoluxma ilə əlaqədar vəziyyət haqqında informasiya agentliyə 30 əyalətdən gəlib. Bir gün əvvəl koronavirusa 2744 nəfərin yoluxduğu və 80 nəfərin öldüyü rəsmi olaraq bildirilirdi.

Xatırladaq ki, Çində naməlum mənşəli pnevmoniyanın baş verməsi barədə məlumat 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alınıb. Sonradan məlum olub ki, törədici yeni bir koronavirus 2019-nCoV-dir. Hal hazırda xəstəlik Çinin hüdudlarından kənarda da yayılıb.