Əlcəzairdə “SU-30” qırıcısı qəzaya uğrayıb

28 Yanvar 2020 04:33 (UTC+04:00)

Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi əyalətində “SU-30” qırıcısı qəzaya uğrayıb. SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin “En Nahar” televiziya kanalı məlumat verib.

İlkin məlumatlara görə, qırıcıda olan hər iki pilot həlak olub.

Dərhal həkimlər və təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb olunub.