Rumıniyada qrip virusundan üç nəfər ölüb

28 Yanvar 2020 00:27 (UTC+04:00)

Rumıniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, artıq ölkədə qrip virusundan ölən üçüncü şəxs müəyyən olunub.

Məlumatda qeyd edilir ki, məktəblər, bağçalar, xəstəxanalarda profilaktika tədbirləri gücləndirilib. Xəstəxanalarda xəstə ziyarətləri dayandırılıb. Bildirilir ki, son həftə ərzində Rumıniyada 1389 nəfər qrip virusuna yoluxub.