Deputatlığa namizəd Sadiq Qurbanov şəhid ailəsinin qonağı olub

27 Yanvar 2020 18:45 (UTC+04:00)

9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sadiq Qurbanov bu gün Şabran rayonu Ağbaş kəndində Azərbaycanda dövlət çevrilişin qarşısının alınması zamanı şəhid olan Samir Zülfüqarovun ailəsinə baş çəkib. SİA-nın verdiyi məlumata görə, S.Zülfüqarov 1995-ci ildə Cavadov qardaşlarının dövlət çevrilişinə cəhd etdiyi zaman qorxmaz, igid əsgər olaraq öz şücaətini göstərmiş və bu yolda şəhid olmuşdur.

Şəhid anası Gülgəz xanım ailəsinə göstərdiyi diqqətə görə dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.