Deputatlığa namizəd Əliabbas Salahzadə Kürdəxanı ağsaqqallarını ziyarət edib

27 Yanvar 2020 18:40 (UTC+04:00)

Bu gün 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kürdəxanı qəsəbə ağsaqqallarını ziyarət etmiş, onların xeyir-duasını almış, tövsiyyə və təkliflərini dinləmişdir.

Görüşdə YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının partiyanın "Daha güclü Azərbaycan naminə!" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirildiyini bildirib və parlament seçkilərində YAP namizədi Əliabbas Salahzadəyə səs verməyə çağırıb.

Deputatlığa namizəd Əliabbas Salahzadə görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Ə.Salahzadə seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını deyib. O, seçkilərdə qalib gələcəyi təqdirdə, rayonun seçicilərinin etimadını doğrultmağa çalışacağını söyləyib.

Görüşdə çıxış edən ağsaqqallar bu seçkilərdə də YAP-ın qərarına dəstək verəcəklərini və Əliabbas Salahzadəyə səs verəcəklərini bildiriblər.

Görüşdə sakinləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.