Azərbaycan millisi yoldaşlıq oyunu keçirib

27 Yanvar 2020 17:10 (UTC+04:00)

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Bu komandalar arasında növbəti oyun yanvarın 29-da keçiriləcək.