Avropadan pənah umanlar...

27 Yanvar 2020 16:42 (UTC+04:00)

Gültəkin Hacıbəylinin "milçəköldürənləri" kimlərdir?

Bir müdrük kəlamda deyilir ki, "hansı tərəfə gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur". Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, "əslində, siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda, çirkin olur".

Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin "danışan dili" olan "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli siyasətə "çirkin bir yoldur" deməklə, özünün çirkin siyasətbazlar olduğunu dəfələrlə göstərib.

"Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır". Boris Akuninin dediyi bu fikir, məhz Ə.Kərimli, Cəmil Həsənli, G.Hacıbəyli və... satqınlıq edənlər, şər-böhtan deyənlərin üstünə tam ölçülüb desək, yanılmarıq. Çünki onlar üçün hər şey - satlıq maldır. Bu, həqiqətən də, belədir. Əxlaqsızlar, mənəviyyatsızlar və dövlətçilik maraqlarımızı satanlara nə ad vermək olar? Ömər Xəyyama görə, ''insanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. G.Hacıbəylinin satqın zehniyyəti maliyyə-pul arqumentidir və onun üçün hər şey - satlıq maldır. G.Hacıbəyli zamanında Avropa Şurasında Azərbaycan dövlətinin bu hakimiyyətinin mövqeyini dəstəkləyirdisə, bu gün onun belə bir mötəbər qurumunda, nəinki kürsüsü, heç tozu da qalmayıb. Çünki onun daima marağında olan və sui-istifadə etdiyi deputat kreslosu təmin olunmadığına görə özünü "Milli Şura"da tapması buna əsas verir. Reneqat, satqın və xəyanətkarlıq simvolu kimi, həm də ailəsinə qarşı xilaf çıxanın başqa yolu da qalmamışdı. Avropa qurumunun seçkiərərfəsi ölkəmizdə olmasından istifadə edən G.Hacıbəyli adət etdiyi siyasi "məzlum" görkəminə düşməklə, erməni xislətinə sadiqlik ənənələrini qorumaq kimi düşünməyə rəvac verir.

Bəs nə oldu, Gültəkin..?

Bu günlərdə sözügedən görüş əsnasında AŞPA-nın seçki missiyası ilə görüşdə, məhz dövlətçilik maraqlarına qarşı sifarişli siyasət həyata keçirən partiyalar və qurumlar iştirak ediblər. Xüsusilə, də destruktiv düşərgənin lider satqını AXCP sədri Ə.Kərimli və C.Həsənli, "primadonnası", harada aş, orada baş olan "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü G.Hacıbəyli AŞPA-nı görər-görməz, dərhal üz-gözlərini cırıb, yaxalarını dartıblar.

Maraqlıdır ki, görəsən, AŞPA-nın seçki missiyası seçkiləri "boykot" edən Ə.Kərimliyə, G.Hacıbəyliyə sual edibmi ki, onların və yandaşlarının bu addımları mövcud situasiyaya heç bir təsir göstərə bilməz? Yaxud anlada bilibmi ki, həmin "taktika", əslində, onların zəifliklərinin və uğursuzluqlarının məntiqi sübutudur? İnanırıq ki, onlara belə bir sual verilməyib, əksinə, Azərbaycanın demokratik seçki

mühitinə qarşı əsassız, məntiqsiz və sübutsuz-dəlilsiz "kompromatlar" toplanılıb ki, sonradan, yəni seçkidən sonra dərhal digər bir Avropa qurumu - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmin "kompromatları" qərəzlə xalqın üzünə oxusun. Amma bütün bunlar əbəsdir. Çünki xalq kimin kim olduğunu çoxdan və əla bilir və bundan sonra da biləcək.

180 dərəcə!

Əslində, hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək, tam komfort şəraitində yaşayanda, tamamilə başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar, başda Ə.Kərimli olmaqla, dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurmağını da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli, hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi. Dünənə qədər YAP-çı olan bir medalın iki üzü olan G.Hacıbəyli deputat seçilmədiyi halda, dönüb oldu müxalifətçi və AXCP sədri Ə.Kərimliyə "sadiqliyini" nümayiş etdirərək, başladı sosial şəbəkələrdə söyüş söyməyə. Beləliklə də, antimilli ünsürlərin toplandığı "Milli Şura"da lövbər saldı. Necə deyərlər, qazan dığırlanıb, qapağını tapdığı kimi, G.Hacıbəyli də layiq olduğu satqınlar yuvası olan "Milli Şura"da yer saldı.

Natiq Cəfərli: "Gültəkin Hacıbəyli kimilər cəmiyyətimizdə ikrahla qarşılanırlar"

Bu günlərdə "ReAL" partiyasının icra katibi Natiq Cəfərlinin G.Hacıbəylinin parlament seçkilərinə qatılmaq iddiasında olması və AŞPA-nı görər-görməz, Azərbaycana qarşı şər-böhtan yayması onun iç üznü ögstərir. Doğrudan da, adamın yazığı gəlir buna. Təpədən-dırnağa qədər bataqlığa batmış "Milli Şura"nın dolanbaclarında veyillənən, riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda özünü "Milli Şura"nın "əzəli" və "əbədi", "cəfakeş" üzvü adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən, AXCP sədri Ə.Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəylinin Aropa Şurasından "Milli Şura"ya hoppbanmasının səbələrindən biri də onun müəyyən olunmuş dəyərlərə xəyanət etməsinin nəticəsidir. Ona görə də, bu gün Avropva Şurasında deyil, "Milli Şura"da "milçək qovalamaqla" məşğuldur, "milçək öldürəni" Ə.Kərimli və "ehtiyat milçək öldürəni" C.Həsənlidir.

Rəfiqə HÜSEYNOVA