Brayantın helikopterinin qəzaya uğramasının ilkin təfərrüatları

27 Yanvar 2020 15:44 (UTC+04:00)

Amerikan ESPN nəşri, əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızının öldüyü helikopter qəzasının ilk detallarını açıqlayıb. SİA-nın məlumatına görə, bazar günü səhər helikopterin qəza yerində güclü duman olub. Nəzarətçi pilotdan daha yüksəklərə qalxması istənilib. Sonra pilot dumanlı təbəqəni aşmaq üçün kəskin şəkildə helikopteri daha yüksəklərə qaldırmağa çalışıb. Nəticədə yerli vaxtla səhər saat 9: 47-də helikopterin qəzaya uğraması barədə ilk mesaj gəlib. Mənbə bildirir ki, helikopter dəniz səviyyəsindən təxminən 600 m yüksəklikdə yerləşib. Sonra təxminən 200 m hündürlükdən 20 m / s sürətlə dağlıq əraziyə çırpılıb.