“Muğam. Nəsillərdən nəsillərə”

27 Yanvar 2020 16:07 (UTC+04:00)

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən nəsillərə” adlı yeni layihənin təqdimatı olacaq. SİA-nın məlumatına görə, gecədə Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi aşıq Ədalət Dəlidağlı ilə eyni səhnəni gənc xanəndə Malik Həsənov bölüşəcək.

Layihə gənc ifaçılara dəstək məqsədi daşıyır. Gələcəkdə layihə təkcə solo deyil ifaçılıq sənətinin müxtəlif sahələrini əhatə edərək bir-birindən maraqlı buraxılışlarla musiqisevərlərin görüşünə gələcək.