U-19 millimiz eyni rəqiblə ikinci dəfə qarşılaşacaq

27 Yanvar 2020 14:54 (UTC+04:00)

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş birinci yoxlama matçında yığmamız 2:0 hesablı qələbə qazanıb.