Koronavirusun mənşəyi bəlli oldu

27 Yanvar 2020 14:29 (UTC+04:00)

Çin Milli Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin alimləri yeni növ koronavirusun ehtimal olunan mənbəyini müəyyənləşdiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə mütəxəssislər Huanan bazarından götürülmüş nümunələri araşdırıblar. Nəticədə, 585 nümunədən 33-də yeni növ koronavirus viral nuklein turşusu aşkar edilib. Həmçinin, alimlər virusu uğurla təcrid edə biliblər. Beləliklə, mövcud epidemiyanın vəhşi heyvan alveri ilə əlaqəli olması ehtimalı yüksəkdir.

Xatırladırıq ki, naməlum mənşəli sətəlcəm xəstəliyi dekabrın 31-də məlum olub. Məlum olub ki, onun törədicisi 2019-nCoV coronavirusdur. Hal-hazırda xəstəliyə yoluxanların sayı 2 min nəfəri keçib, 80 nəfər isə artıq ölüb.