Xəlifə Hafter qüvvələri indi də xəstəxanaları hədəf alır FOTOLAR

27 Yanvar 2020 14:24 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Xəlifə Hafter qüvvələri 4 aprel 2019-cu ildən paytaxta hücuma başladığı vaxtdan etibarən səhiyyə müəssisələrinə, işçilərə və təcili yardımlara 50-yə yaxın hücum təşkil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hafter qüvvələri, Berlin konfransında verilən atəşkəs çağrılarına məhəl qoymadan Tripolinin Əbu Səlim xəstəxanası, eyni zamanda Safva Xəstəxanası da terrorçular tərəfindən hədəfə alınıb və xəstəxanaya atılan minanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

Qeyd edək ki, dünən bölgədəki qarşıdurmalar, güclü partlayışlar səbəbindən mülki şəxslərin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.