Məqsədimiz Azərbaycanın şərabını beynəlxalq səviyyədə tanıtmaqdır - AÇIQLAMA

27 Yanvar 2020 14:08 (UTC+04:00)

"Azərbaycanın minilliklərə dayanan bir şərab mədəniyyəti var və biz məhz buna görə də, Azərbaycanda mövcud olan şərab tematik marşurtu üzrə bu gözəl şərab zavodlarını, şərab istehsal edən şəxsləri və obyektləri bir marşurt üzərində qurub azerbaijanwine.com saytı adı altında ictimaiyyətə təqdim etmişdik". SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

F. Zenqstşmid bildirib ki, artıq elə bir zaman gəlib yetişib ki, Azərbaycanın şərab mədəniyyəti yalnız yerli səviyyədə yox, beynəlxalq səviyyədə tanıdaq. "Azərbaycan Avropa Birliyinin Mədəni Marşutlar Konsulluğunun şərab mədəniyyətinə həsr olunmuş "İter Vitis" icmasına qoşulduğuna görə sevincliyik və biz ümid edirik ki, "İter Vitis"ə qoşulmaq Azərbaycanın şərab icmasının və cəmiyyətinin böyük uğuru hesab olunacaq. Şərabçılıqla birbaşa və ya dolayı yolla məşğul olan insanlar bundan xeyir götürəcəklər".