Yardımlıda yanğın

27 Yanvar 2020 12:02 (UTC+04:00)

Yardımlı rayonunun Pirembel kəndində ümumi sahəsi 30 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.