Namizədliyini geri götürənlərin sayı 263-ə çatıb

27 Yanvar 2020 11:56 (UTC+04:00)

Milli Məclisə seçkilərdə iştirak etmək üçün ümumilikdə 1637 namizəd qeydə alınıb. SİA-nın xəbərinə görə, onlardan 263-ü namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.