Xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu

27 Yanvar 2020 11:41 (UTC+04:00)

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb. SİA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyindən deyilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi.

Belə ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.