Leyla Ramazanlı ana oldu FOTOLAR

27 Yanvar 2020 10:36 (UTC+04:00)

Müğənni Leyla Ramazanlı ana olub. SİA-nın məlumatına görə, bu barədə ifaçı özü məlumat verib. Belə ki, o, yeni doğulmuş körpəsi ilə fotolarını "İnstagram" səhifəsində yayımlayıb və bu sözləri yazıb: "Oğlum, həyatımıza xoş gəlmisən. Sağlam və xoşbəxt ol".

Qeyd edək ki, ötən il aprel ayında fotoqraf Kamran Aydınla ailə quran Leyla oğluna Məhəmməd adını verib.