Hərəkətdə olan avtomobil od tutub yandı

27 Yanvar 2020 10:41 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.