Fələstin prezidenti Trampın təklifini rədd etdi

27 Yanvar 2020 10:11 (UTC+04:00)

Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampın telefon danışığı istəyini rədd edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda mətbuata adının çəkilməsini istəməyən Fələstin rəhbərliyindən yüksək vəzifəli şəxs məlumat verib.

Danışıq təklifinin bir neçə gün əvvəl gəldiyini bildirən mənbə daha ətraflı açıqlama verməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə baş tutacaq görüşdən əvvəl "Əsrin müqaviləsi" planını elan edəcəyini açıqlamışdı.

Mirqəmər Mənsimova