Tonlarla ot bağlaması yandı

27 Yanvar 2020 10:08 (UTC+04:00)

Tərtər rayonunun Borsunlu kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 8 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.