Aygün Kazımovadan yenilik VİDEO

27 Yanvar 2020 11:20 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, sənətçi “Bizdən danışaq” adlı bəstəni Raufla birgə ifa edib.

Mahnının sözləri Fidan Cəbiyevaya, musiqisi isə Aygün Səmədzadəyə məxsudur.

Qeyd edək ki, bu Aygün Kazımova ilə Raufun 2-ci duetidir. Onlar daha əvvəl "Yaraşdın mənə" mahnısını birlikdə oxumuşdular.