İranda təyyarə qəzası baş verib

27 Yanvar 2020 09:11 (UTC+04:00)

İranın Xuzistan vilayətinin Mahşəhr aeroportunda ölkənin "Caspian" hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə IRIB məlumat verib.

Tehran-Mahşəhr təyyarəsi eniş zamanı zolaqdan çıxıb və şəhərin Sərbəndər magistral yoluna daxil olub.

Hadisə saat 7:30-da baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.