Göygöldə yetkinlik yaşına çatmayan qız ölü uşaq dünyaya gətirib

27 Yanvar 2020 01:04 (UTC+04:00)

Göygöldə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib.

SİA xəbər verir ki, rayonun Qızılca kənd sakini 17 yaşlı S.S doğuş üçün Gəncədə yerləşən xəstəxanaların birinə gətirilib.

O, xəstəxanaya aparılarkən yolda ölü uşaq dünyaya gətirib. Hazırda 17 yaşlı qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.