Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev ata olub.
SİA xəbər verir ki, Avropa çempionu bununla bağlı şəxsi "İnstaqram" hesabında paylaşım edib.
Qeyd edək ki, Ramil Quliyevin xanımı Yekaterina Zavyalova da atletdir. Rusiyalı idmançı 2012-ci ildə keçirilən London Olimpiadasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Cütlüyün toyu ötən ilin avqustunda baş tutub.