Suriyada terror nəticəsində 8 nəfər ölüb

26 Yanvar 2020 21:22 (UTC+04:00)

Yanvarın 26-da Türkiyə-Suriya sərhədində terror aktı törədilib.

SİA xəbər verir ki, hadisə Suriyanin Azez rayonunda baş verib.

İlkin məlumata görə, terrorçular tərəfindən partlayıcı maddənin işə salınması nəticəsində 8 nəfər həlak olub, onlarla adam yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölü sayının artması istisna edilmir.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları hücumun YPG / PKK terror təşkilatı tərəfindən təşkil olunduğunu ehtimal edirlər.