Yaşayış binasında təhlükə aradan qaldırıldı Bakıda

26 Yanvar 2020 17:32 (UTC+04:00)
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.