Türkiyədən təxliyə olunan azərbaycanlı vətəndaşlar artıq Naxçıvandadır

26 Yanvar 2020 16:15 (UTC+04:00)
Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. "Elazığ və Malatya şəhərlərindəki zəlzələ zonasından təxliyə olunan tələbələrimiz və digər vətəndaşlarımız artıq Naxçıvandadırlar. Naxçıvan aeroportunda onlar üçün ayrılmış təyyarə ilə Bakıya yola salınacaqlar", - deyə səfirlik bildirib.