Toyda partlayış

26 Yanvar 2020 15:00 (UTC+04:00)
Əfqanıstanda partlayış törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Host əyalətdə toy mərasimi zamanı qeydə alınıb. Naməlum şəxsin atdığı qumbaranın partlaması nəticəsində azı 20 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.