İsmayıllıda ağır yol qəzası baş verib

26 Yanvar 2020 14:00 (UTC+04:00)
Yanvarın 26-da İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, qəza Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəzada Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.