Xəzərdə zəlzələ olub

26 Yanvar 2020 12:07 (UTC+04:00)
Xəzər dənizində 3,3 bal gücündə zəlzələ olub. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxta saat 03:43-də qeydə alınıb. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.