4 otaqlı evdə yanğın

26 Yanvar 2020 09:15 (UTC+04:00)

Göyçay rayonunda ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.