Tehran–İstanbul marşrutu üzrə hərəkət edən təyyarə Mehrabad aeroportuna məcburi eni edib

26 Yanvar 2020 02:42 (UTC+04:00)

İranın “Iran Air Tour” aviaşirkətinə məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş etməli olub.

SİA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının idarəetmə şirkətinin mətbuat katibi Əli Kaşani deyib.

“Tehran – İstanbul marşrutu üzrə hərəkət edən təyyarə müvəffəqiyyətlə Mehrabad aeroportuna enib”, - deyə Kaşani bildirib.

Onun sözlərinə görə, təyyarə İmam Xomeyni adına hava limanından havaya qalxıb, ancaq texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub: “Sərnişinlərdən heç biri xəsarət almayıb”.