"İran uranın zənginləşdirilməsini davam etdirəcək" - Nüvə Enerjisi Təşkilatının nümayəndəsi

26 Yanvar 2020 03:47 (UTC+04:00)

Yaxın günlərdə İran yeni sentrifuqaları işə salaraq uranın zənginləşdirilməsini davam etdirəcək.

SİA xəbər verir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Əli Əsgər Zareani deyib. O bildirib ki, “Ford” nüvə obyektində 1044 sentrifuqa var və onların 694-ü işləyir.

Ə.Ə.Zareani onu da qeyd edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını da davam etdirəcək. Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar aradan qaldırıldığı təqdirdə rəsmi Tehran 2015-ci ildə Qərb dövlətləri ilə imzaladığı saziş üzrə öhdəliklərini yerinə yetirərək nüvə proqramını dayandıra bilər.