"Sumqayıt" Qazaxıstan klubunu məğlub etdi

25 Yanvar 2020 22:39 (UTC+04:00)

"Sumqayıt" bu gün Antalyada son yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın "Şaxtyor" komandası ilə görüşüb və 4:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Amil Yunanov dubl edib (49, 62). Digər qolları isə Əmir Ağayev (27) və Rəhim Sadıxov (59) vurub.

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi bunadək 3 yoxlama oyununa çıxıb. Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə məğlub olan "Sumqayıt" Rumınyanın "Politexnik"i ilə 1:1 hesablı heç-heçə razılaşıb və Polşa"nın "Arka" komandasını 1:0 hesabı ilə məğlub edib.